YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboyda şəhid ailəsini ziyarət edib

Goranboy rayonunda Milli Məclisin deputatı Anar Məmmədov evi yanmış şəhid ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri iştirak edib.

Anar Məmmədov çıxışında şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, eləcə də rayonda bu istiqamətdə görülən işlər barədə də məlumat verib.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib, eləcə də onları maraqlandıran məsələlər barədə danışaraq öz suallarını  deputata ünvanlayıblar.