YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün geniş imkanlar açır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Davos Dünya İqtisadi Forumunun vacib məqamlarından biri ondan ibarət oldu ki, burada Azərbaycanın tam iqtisadi və siyasi imkanları geniş nümayiş etdirildi və Azərbaycan qlobal məsələlərin həlli naminə yeni imkanlarını ortaya qoydu. Təbii ki, bu Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə və iqtisadiyyata ciddi təsir gücünə malikdir. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verməklə yanaşı, eyni zamanda, iqtisadi güc mərkəzlərinin dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.

Prezident İlham Əliyev Forumun dünya siyasətinə, beynəlxalq və digər iqtisadi münasibətlərə çox ciddi təsirə malik olmasından istifadə edərək, ölkəmizin həyata keçirdiyi nəqliyyat və enerji layihələri barədə, Avropa üçün enerji təhlükəsizliyini təmin edə biləcək etibarlı və dayanıqlı tərəfdaş kimi dünya liderləri ilə müzakirələr apardı və Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırdı.  

Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Şərq - Qərb nəqliyyat dəhlizinin əsasında Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusi qeyd edərək bildirdi ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında çox yaxşı münasibətlərə malikdir və bu da uğurun qazanılması üçün ilkin şərtlərdən biridir. Moderatorun “ Cənab Prezident, burada olduğunuzdan istifadə edərək, əlbəttə ki, Sizdən konkret olaraq enerji barədə də soruşmalıyam. Çünki iclasımız internet üzərindən yayımlanır və biz ictimaiyyətə vəziyyətin nə yerdə olduğundan xəbər verməliyik. Vəziyyət nə yerdədir? Bilirəm ki, Avropaya enerjinin təchizatını artırmısınız. Mən hətta buna möcüzə deyərdim. Lakin bu il üçün və strateji olaraq növbəti onillik üçün həm qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları haqqında düşüncələriniz barədə bizə məlumat verə bilərsinizmi?”sualına cavabında Prezident İlham Əliyev demişdir: “Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan - Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq.”

Davos Dünya İqtisadi Forumu bir daha sübut etdi ki, 2020 - ildə tarixi Qələbədən  sonra bölgədə yaranmış yeni iqtisadi və siyasi münasibətlər fonunda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər üçün geniş imkanlar yaranıb. Dünyadakı böyük şirkətlər ölkəmizdəki əlverişli şəraitə və mövcud potensiala uyğun olaraq işğaldan azad olunmuş ərazilərə sərmayələrin qoyulması baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Çünki həmin şirkətlər Azərbaycanın timsalında etibarlı tərəfdaş və yeni imkanlar əldə edəcəklər. Təbii ki, bu münasibətlər, keçirilən görüşlər, baş tutan danışıqlar Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəmizlə yeni iqtisadi münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün yeni fürsətlər yaradır. Azərbaycan iqtisadi və siyasi münasibətlərə hər zaman açıqdır. Əlbəttə ki, Dövlət Başçımızın bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın maraqlarını tam təmin edir və etibarlı tərəfdaş kimi ölkəmizə böyük nüfuz, yüksək gəlir və yeniliklər gətirəcək.

DİGƏR Xəbərlər Arxiv