YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu terror hadisəsi İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin tərkib hissəsidir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycanın İrandakı səfərliyində baş verən hadisələri qəti şəkildə qınayırıq. Çünki bu terror hadisəsi İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin tərkib hissəsidir.

Bu terror hadisəsində İran dövlətinin qəti şəkildə əli var, çünki İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir.

İran illərlə Azərbaycana qarşı qeyri-səmimi, dost olmayan, qonşuluq prinsiplərindən uzaq siyasət aparıb. Sözdə dostluq, qardaşlıqdan danışan Tehran rejimi əməldə ən çirkin işlərə əl atıb. Torpaqlarımızın işğalda qaldığı 30 ilə yaxın müddət ərazində nəinki Ermənistanla bağlı hər hansı sərt bəyanat verib, əksinə, işğalçının yanında olub.