YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu hadisə təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı terrordur

“Azərbaycan ictimaiyyətini kədərləndirib və kəskin qınanıb. Bu terror aktına bütün xalqımız kimi, Milli Məclisin deputatları da etirazlarını bildirirlər”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Jalə Əliyeva qeyd edib: “İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bir ölkənin Səfirliyi, həmin ölkənin ərazisi hesab edilir. Və bu hadisə də təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir”.

Deputat diqqətə çatdırıb ki, bu hücumla beynəlxalq hüququn bütün normaları pozulub. Buna görə təkcə hadisəni törədən deyil, İran hakimiyyəti də cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: “Heç bir təhdid, heç bir təzyiq Azərbaycanı doğru yolundan və ədalətli mübarizəsindən geri döndərə bilməyəcək!”.