YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün səhər edilən hücum molla rejiminin iç üzünü bir daha ortaya qoydu

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

İranın Azərbaycana qarşı uzun illər davamlı təhdidləri artıq həddini aşdı. Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum deməyə əsas verir ki, din pərdəsi altında düşmənlərimizlə əlbir olan Tehran rejimi açıq-aydın öz mövqeyini sərgiləyir.

Son aylarda ermənipərəst mövqeyini gizlətməyən, özünü “İslam Respublikası” adlandıran molla rejimi Azərbaycana qarşı aqressiv siyasətini artıq göstərməkdən çəkinmir. Azərbaycanın beynəlxalq səviyyədə tanınması, özünə güclü müttəfiqlər və dost ölkələr qazanması paşinyanlar kimi molla rejimini də təşvişə salıb. Dünya ictimayyətindən təcrid olunan, beynəlxalq təzyiqlərə və sanksiyalara məruz qalan rəsmi Tehran üzdə Azərbaycana qarşı dostluq münasibətində olduğunu bildirsə də, əslində, arxada düşmənçilik toxumları səpməkdə davam edir.

İran hökuməti dünyada sülhə və əmin-amanlığa təhlükə sayılan avtoritar və şovinist rejim kimi xam, qərəzli, düşmənçilik xülyasından əl çəkməlidir. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı bu gün səhər edilən hücum molla rejiminin iç üzünü bir daha ortaya qoydu.

İran artıq qəbul etməlidir ki, qarşısında, Cənubi Qafqazın, ümumilikdə regionun siyasi xəritəsində güclü oyunçuya çevrilmiş bir ölkə var. 44 gün ərzində “Dəmir yumruq”la torpağına göz dikən düşmənin gözlərini ovan Azərbaycanın göstərdiyi güc, siyasi iradə qarşısında molla rejimi gerçəyi anlamalı, yerini bilməlidir.

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumda həyatını itirən səfirlik əməkdaşına Allahdan rəhmət, yaralılara şəfa diləyirik.