YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Misir-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bütün imkanlar var

Prezident Əbdülfəttah Əs-Sisinin səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Səfər çərçivəsində Misir Prezidenti ilə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bir çox məsələləri müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi”.