YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdülfəttah Əs-Sisi: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb

Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram.

Bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib: “Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”.

Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.