YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Terror sərhəd tanımır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Terror sərhəd tanımır, terrorun vətəni, irqi, qütbü yoxdur. Məhz Tehranda törədilən terror əməlləri bu qəbildəndir. Bu gün bölgədə  İran və Ermənistan kimi dövlətlərin mövcutluğu siyasi baxımdan da region dövlətləri üçün çox ciddi təhdiddir, eyni zamanda sülhün və sabitliyin təmin olunmasına kölgə salmaqdadır.

Tarixə nəzər salsaq görmək olar ki, bütün dövr və dönəmlərdə özünü dost kimi göstərməyə çalışan İran Azərbaycana qarşı hər zaman məkrli siyasət aparmışdır. Bu məkirli siyasətin kuliminasiya nöqtəsi isə ölkəmizin Tehrandakı səfirliyində törədilən terror aktı oldu.

27 yanvar 2023-cü il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində səfirliyimizin əməkdaşlarına qarşı terror aktı törədilmişdir. Terror aktı zamanı səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlu şəhid olmuşdur. Bu terror aktını pisləyir, aktın həyata keçirilməsinin təşkilatçılarının cəzalandırılmasını tələb edirik.

İran bu terror aktına görə məsuliyyət daşıyır və Beynəlxalq hüquq konvensiyaları əsasında Azərbaycana cavab verməlidir.

30 ilə yaxın bir müddətdə ermənistanın işğalı altında qalmış şəhərlərimizin, qəsəbə və kəndlərimizin dağıdılaraq yer üzündən silinməsi də bəşəriyyətə qarşı törədilmiş terror hadisəsidir. İşğal altında olan ərazilərimizdə Məscidlərimizi və dini abidələrimizi təhqir edən işğalçı rejimin rəhbərinin arvadını öz dövlətinin məscidlərində ziyarət etdirməsi müsəlman aləminə və İslam dininə qarşı böyük bir hörmətsizlikdir. Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsini həzm edə bilməyən İran sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı təhtid metodu idi. Lakin onlar yaxşı bilməlidir ki, Azərbaycanın əliyalın silahlı terroristin üstünə atalan mərd, igid və qəhrəman övladları var.

Din pərdəsi altında İranın anti-Azərbaycan mövqeyi, dövlətimizə və ərazi bütövlüyümüzə qarşı yönələn siyasəti heç kəsə sirr deyil. Özünü müsəlman ölkəsi kimi təqdim edən İran tarixin bütün dönəmlərində ermənipərəst mövqeyi ilə seçilən, ölkəmizə qarşı təxribatlar xarakterli münasibət bəsləyən dövlət olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirib və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin əsasında da məhz bu amil dayanıb.

Azərbaycan öz güclü lideri ətrafında birləşən milli, mənəvi və İslami dəyərlərə sadiq olan güclü dövlətdir.

İran unutmamalıdır ki, Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil və heç bir təhdid Azərbaycanı haqq yolundan döndərə bilməz.