YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının təsis edilməsinin 28 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzüblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov rayon təşkilatının 28 il ərzində keçdiyi yola nəzər salıb.

YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov, partiya fəalı, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Aynur Novruzova, partiya veteranı Qalib Həsənov, Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Azad Gözəlov, Güvəkənd ərazi partiya təşkilatının sədri Nizami Nuhov, 18 saylı Yol İstismarı MMC ərazi partiya təşkilatının sədri Nurlan Bəkirov və rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxışlarında bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv