YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq” söyləyərək onu da əlavə etmişdir ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Cənab İlham Əliyev Ankarada keçirilən Zirvə görüşündə də bu məqamı xüsusi qeyd etdi ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur.

Göründüyü kimi, Zirvə görüşü ümumilikdə Türk dünyasının gələcək inkişafına, əlaqələrin genişləndirilməsinə, böyük bir gücə çevrilməsinə xidmət edən müzakirələrlə zəngin oldu. Dövlət başçısı İlham Əliyevin hər bir təşəbbüsü birliyin, həmrəyliyin möhkəmləndirilməsi ilə xarakterizə olunur. Bu, dövlətimizin xarici siyasətinin əsasını təşkil edir.

Cənab İlham Əliyev qeyd edilənlərlə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsi  dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bütün Türkiyə xalqının  Azərbaycanın yanında olduğunu xüsusi qeyd etdi. Prezident daha sonra qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən ürək ağrısı ilə qarşılandığını söylədi.  İlk andan Azərbaycan dövləti bütün varlığı ilə Türkiyənin yanında oldu. İstər dövlət, istər vətəndaşlarımız Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olundu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının  Fövqəladə Zirvə görüşünün açılışında bu əminliyi ifadə etmişdir ki,  Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Zirvə görüşü Türk Dövlətləri Təşkilatının inkişafında, yüksəlişində öz sözünü deyəcək. Eyni zamanda, bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq aləmdə, Türk dünyasında liderliyini bir daha nümayiş etdirdi.

DİGƏR Xəbərlər Arxiv