YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin ilk 5 ayında dəmir yolu ilə 7,5 milyon ton yük daşınıb

Cari ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə yük daşınması 7,5 milyon ton olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, orta hesabla sutkada 491 vaqon yüklənib, 463 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 20,2 min ton, qərb istiqaməti üzrə 5,5 min ton, cənub istiqaməti üzrə isə 2,6 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 3,1 milyon ton təşkil edib. Yüklərin 71,2 faizi neft, 28,8 faizi isə quru yüklərdir.