YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa Olimpiya Komitəsi: İdmanla siyasəti qarışdırmaq düzgün deyil

“İdmanla siyasəti qarışdırmaq düzgün deyil”. Bunu Trend-ə qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumata münasibət bildirən Polşa Olimpiya Komitəsinin prezidenti və I Avropa Oyunlarında Polşa nümayəndə heyətinin rəhbəri Andrjey Krasnitski deyib.

O bildirib ki, siyasətçilərin problemli məsələlər barədə fikir mübadiləsi aparması üçün irimiqyaslı idman tədbirlərindən fərqli məkanlar da var.

A.Krasnitski qeyd edib ki, ola bilsin, onlardan bəziləri müəyyən qazanc əldə etmək üçün I Avropa Oyunlarından istifadə etmək istəyir: “Biz idmanla siyasətin qarışdırılmasına qarşıyıq”.

Polşa Olimpiya Komitəsinin prezidenti Bakıda I Avropa Oyunlarının açılış mərasiminin böyük və gözəl hadisə olduğunu hesab edir: “Mərasim həqiqətən gözəl təşkil olunmuşdu. Bunu tamaşaçıların və iştirakçı idmançıların gurultulu alqışları da təsdiq edirdi. Əlbəttə, hər tamaşaçının yaddaşında mərasimin bu və ya digər məqamı qaldı. Mənim xüsusilə milli komandaların təntənəli yürüşü xoşuma gəldi. Avropa ölkələrindən olan iştirakçı idmançıların təntənəli yürüşü, gözəl şou, rəsmi nitqlər, mərasimin bədii hissəsi uzun müddət yaddaşımda qalacaq”.

A.Krasnitski,həmçinin Bakı haqqında təəssüratlarını bölüşüb: “Bakı tarixlə müasir dövrün birləşdiyi çox maraqlı şəhərdir. Bakının eyni yerində həm qədim, həm də yeni tikililərə rast gələ bilərsiniz. İdman arenalarında olmaqdan zövq alıram. Bakıda stadionlar və idman zalları həqiqətən də möhtəşəmdir, beynəlxalq standartlara uyğundur. İstənilən Avropa və dünya çempionatı burada keçirilə bilər. İnsanlarınız çox mehribandır. Təşəkkür edirəm, Bakı!”