YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncəlr Birliyi “Yeni Texnologiyalardan istifadənin təbliği” layihəsinə start verib

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində “Yeni Texnologiyalardan istifadənin təbliği” adlı layihənin icrasına başlanmışdır.

Layihə Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Əliyev Vüsal Fəxrəddin oğlu tərəfindən icra olunur. Layihənin əsas məqsədi ən yeni texnologiyaların gənclər arasında təbliği, günün tələbatına uyğun olaraq gənclərin adaptasiyası və gənclərin maarifləndirilməsindən ibarətdir.

“Yeni Texnologiyalardan İstifadənin Təbliği” layihəsi dövrümüzdə ixtira olunan ən yeni texnologiyaların cəmiyyətdə öyrənilməsi və istifadəsini təbliğ etməyi nəzərdə tutan irimiqyaslı layihədir. Layihənin açılış tədbirinə Gənclər Fondunun əməkdaşları ilə yanaşı texnologiya sahəsi ilə bağlı olan müəssisələr, dövlət qurumlarından qonaqlar dəvət olunmuşdur.

Açılışda Yeni Azərbaycan Partiyası Gənclər Birliyin sədri, Siyasi Şuranın üzvü Seymur Orucov, Rasim Səfərov, Vüsal Əliyev çıxış etmişdir.