YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlamətdar hadisə

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

28 may çox əlamətdar hadisələrlə tariximizi zənginləşdirdi. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, 28 may müstəql dövlətçiliyimiz tarixidir. 105 il əvvəl qurulmuş Azərbaycan Xalq Cümuhuriyyəti cəmi 23 ay yaşasa da 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra möhkəmlənən dövlət müstəqilliyimiz tarixin şərəfli günlərini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız öz ərazi bütövlüyünü təmin etmiş, dövlət müstəqlliyimizi əbədi və sarsılmaz etmişdir.

28 mayın digər bir əlamətdar hadisəsi Laçına qayıtmağımızdır. 31 il əvvəl laçınlılar öz dogma yurdundan köçməyə məcbur olmuşdularsa, indi yenidən qurularaq cənnətə çevrilmiş Laçına qayıdırlar. Laçın rayonun işğalı Ermənistana  işğalçılıq siyasətini davam etdirməyə yol açmışdısa, torpaqlarımız azad ediləndən keçən qısa az bir vaxtda  Laçına və digər rayonlara qayıtmağımızla Qarabağın əzəli torpağımız olduğunu, hətta bir kəndimizi belə güzəştə getməyəcəyimizi sübut etdik. Prezident İlham Əliyev laçınlılarla görüşdə Qarabağda yaşayan ermənilərə öz gələcəklərini qurmaq üçün yeganə yolu Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaqda olduğunu qeyd etdi. Hamı yaxşı bilir ki, Prezident İlham Əliyevin dediyi söz həmişə reallaşır. Ona görə də ermənilər dövlət başçımızın açıqlamasından nəticə çıxarıb onlara verilmiş bu son şansı əldən buraxmamalıdırlar.

28 mayın əlamətdar tarixi hadisələrindən biri də qardaş Türkiyədə Prezident Rəcəb Tayyıb Ərdoğana yenidən etimad göstərilməsidir. Türkiyə, keçirdiyi parlament və prezident seçkiləri ilə bütün dünyaya demokratiya dərsi keçdi. Müdrük türk xalqı Türkiyəni parçalamaq, gücsüzləşdirərək özlərindən asıllı vəziyyətə salmaq və Azərbaycandan ayırmaq istəyən qüvvələrin arzularını ürəklərində saxladı.  Prezident Ərdoğanın yenidən seçilməsi, Türkiyənin inkişafı və güclənməsinə davamı, Azərbaycan Türkiyə qardaşlığının, o cümlədən Türk birliyinin möhkəmlənməsi deməkdir. Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə əl-ələ verərək bütün çətinlikləri aşacaq və xalqlarımızın daha firavan gələcəkləri təmin olunacaqdır.