YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Erkenov: Birinci Avropa Oyunları təkcə idman deyil, həm də dünya əhəmiyyətli yarışlardır

Avropa Oyunlarının keçirilməsi ənənəsi davam etdiriləcək, amma birinci Oyunlar insanların yaddaşına həkk olunacaq. Bunu Rusiya Dövlət Dumasının Elm və elmtutumlu texnologiyalar komitəsi sədrinin müavini Əhməd Erkenov “Parlamentskaya qazeta”da “Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt” mövzusunda “dəyirmi masa”da bəyan edib.

Deputat deyib: “Əminəm ki, Oyunlar təkcə idman deyil, həm də dünya əhəmiyyəti daşıyır. Yeni inşa edilən otellər, komplekslər, qurğular – bütün bunlar iqtisadiyyatı inkişaf etdirir. Ə.Erkenov xatırladıb ki, Oyunların açılışında təkcə Rusiya dövlətinin başçısı deyil, həm də bir çox ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.

Qaraçay-Çərkəz Respublikasını təmsil edən deputat diqqəti Qafqaza informasiya hücumlarının davam etməsi məsələsi üzərində cəmləşdirərək deyib: “İnsanların şüuruna yeridirlər ki, orada daim müharibə gedir, insanlar bir-birini öldürürlər. Avropa Oyunlarına gələn idmançılar gördülər ki, Azərbaycan qurub-yaratmağa və inkişaf etməyə qadirdir”.