YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Larisa Yakovleva: Azərbaycan gəncləri Rusiya ilə dostluq əhval-ruhiyyəsindədirlər

Mən bu gün təsəvvürəgəlməz dərəcədə möhtəşəm bir hadisənin şahidi olmuşam. Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Larisa Yakovleva “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Azərbaycanda birinci Avropa Oyunları. Siyasi aspekt” mövzusunda keçirilmiş “dəyirmi masa” zamanı birinci Avropa Oyunlarının açılışından bəhs edərkən deyib.

O, sözünə əlavə edərək bildirib ki, Bakıda keçirilən birinci Avropa Oyunlarına səfəri yaddaşında dərin iz buraxıb. Dövlət Dumasının deputatı deyib: “Azərbaycan gəncləri Rusiya ilə dostluq əhval-ruhiyyəsindədirlər. Şəhərdə gəzintilər zamanı gənc azərbaycanlılar bizi salamlayırdılar”. L.Yakovleva qeyd edib ki, bu günlərdə o, Rusiya və Azərbaycan komandalarının ən qızğın azarkeşidir.

L.Yakovleva həmçinin bildirib ki, Azərbaycana yenə gəlmək, təkcə Bakını deyil, regionları da görmək arzusundadır. Deputat deyib: “Əlamətdar haldır ki, Azərbaycanda uşaqlara lap kiçik yaşlarından rus dilini öyrədirlər. Əminəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək”.