YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

O.Kazakova: “Bir gün əvvəl Bundestaqın qətnamə qəbul etdiyinə baxmayaraq, Bakıda alman nümayəndə heyəti gurultulu alqışlarla qarşılandı”

“Mehriban Əliyeva əbəs yerə birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri seçilməyib. Qadın əli və qadın qəlbi hər şeydə hiss olunurdu. Buna görə də hər cəhətdən rahatlıq vardı, Oyunların açılışı çox gözəl təşkil edilmişdi”. Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının İctimai birliklərə və dini təşkilatlara dair işlər üzrə Komitəsi sədrinin müavini Olqa Kazakova “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində deyib.

O, Bakıda birinci Avropa Oyunlarının açılışından bəhs edərkən bildirib ki, tarixlə, məhəbbətlə bağlı çox məqamlar vardı. O.Kazakova deyib: “Kişi ilə qadın arasında məhəbbətin torpağa necə can verdiyi göstərildi. Bu məhəbbət sayəsində quraqlıq torpaqda od, su yaranır. Bu, çox incə, səmimi məqamlardır. Tamaşaçılarda belə bir əhval-ruhiyyə yarandı ki, bu, döyüş deyil, oyunlardır”.

Dövlət Dumasının deputatı qəzəblə bildirib ki, “hamını birləşdirən” Avropa Oyunları günlərində Almaniya Bundestaqı Azərbaycan əleyhinə qətnamə qəbul edib. O.Kazakova sonda deyib: “Bir gün əvvəl qətnamə qəbul olunduğuna baxmayaraq, Bakıda alman nümayəndə heyəti gurultulu alqışlarla qarşılandı. İnsanlar başa düşürlər ki, mədəniyyət adamları birləşdirir. Biz bu komandaların necə qarşılandıqlarını gördük. Tamaşaçılarda necə emosiyalar vardı. Emosiyalar elə səmimi idi ki, burada sünilikdən danışmaq qeyri-mümkündür. Belə təşkilatçılara uyğun olmaq lazımdır. Avropa görməlidir ki, bizim necə xeyirxah, sülhsevər dostlarımız var və mən fəxr edirəm ki, Azərbaycan bizim mehriban dostumuzdur”.