YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat şəhid və qazi övladları ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Goranboyda şəhid və qazi ailələrinin övladları ilə görüşüb və onları təbrik ediblər.

Görüşdə həmçinin, YAP Goranboy rayon təşkilatının nümayəndələri, rayon ağsaqqalları və ziyalıları, şəhid və qazi ailələri və  onların övladları iştirak ediblər.

İştirakçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdıraraq ölkəmizdə uşaqlara dövlət qayğısının artırılması sahəsində, eləcə də onların sosial və hüquqi müdafiəsi ilə bağlı mühüm qərarların  qəbul  edildiyini qeyd ediblər.

Şəhid və qazi ailələri onlara və övladlarına  Prezidentimiz cənab  İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın  göstərdikləri qayğıdan danışaraq minnətdralıqlarını bildiriblər.