YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı güləşçi Aleksandr Boqomoyev: Azərbaycanda Avropa Oyunlarına hazırlıq üçün böyük işlər görülüb

Birinci Avropa Oyunlarında qızıl medal qazanan rusiyalı güləşçi Aleksandr Boqomoyev  qələbəyə gedən yolda çətin görüşlər keçirdiyini deyib. A.Boqomoyev qitənin güclü idmançıları ilə mübarizə aparmağın onun üçün şərəfli olduğunu vurğulayıb. O, Azərbaycan güləşçisi Hacı Əliyevin xüsusilə güclü rəqib olduğunu bildirib. Rusiyalı atlet tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında qızıl medal qazanmağın onun üçün qürurverici olduğunu bildirib.

Bakıda qazandığı uğurun onda unudulmaz təəssüratlar yaratdığını deyən rusiyalı güləşçi vurğulayıb ki, Avropa Oyunları yüksək səviyyədə keçirilir. Bu da onu göstərir ki, Azərbaycan Oyunlara hazırlıq üçün böyük işlər görüb. İdmançıların rahatlığı, üçün hər cür şərait var, onların təhlükəsizliyi tam təmin olunur. Biz bir daha gördük ki, Azərbaycanda idmanı sevirlər. Bunu azarkeşlərin yarışlar zamanı atletləri dəstəkləmələrindən tutmuş ölkədə mükəmməl infrastrukturun, xüsusilə möhtəşəm idman arenalarının yaradılmasına qədər hər şey sübut edir.