YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Linar Yakupov: Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının Rusiya iqtisadiyyatına fəal sərmayə yatıran üç ölkəsi sırasındadır

İslam Biznesinin İnkişafı və Maliyyə Fondunun (IBFD Fund) prezidenti Linar Yakupov deyib ki, Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Rusiya iqtisadiyyatına fəal maliyyə yatıran üç ölkəsi sırasındadır.

L.Yakupov bu fikri Rusiya ilə İƏT ölkələrinin “Kazan Summit – 2015” Beynəlxalq iqtisadi zirvə görüşündə söyləyib.

L.Yakupov deyib: “Türkiyə, Qazaxıstan və Azərbaycan Rusiya iqtisadiyyatına fəal maliyyə yatıran ilk üç ölkə sırasına daxildir. Başqa ölkələrdən maliyyə axını bir o qədər də çox deyil”. Onun sözlərinə görə, Türkiyə Tatarıstanın əsas investorudur. Tatarıstana cəlb olunan investisiyaların 90 faizə qədəri “Alabuqa” xüsusi iqtisadi zonasında cəmləşib. O, enerji, metal, kənd təsərrüfatı və ərzaq məhsulları kimi istiqamətləri perspektivdə Rusiya ilə İƏT arasında əsas ticarət sahələri adlandırıb. Turizm istiqaməti də Rusiya ilə İƏT-in qarşılıqlı fəaliyyətində böyük imkanlar açır.