YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əl-Cəzirə Türk” 2016-cı ildə Bakıda keçiriləcək “Fromula-1” yarışlarından bəhs edib

“Əl-Cəzirə Türk” telekanalının saytında Bakıda keçiriləcək “Formula-1” yarışları ilə bağlı məqalə yayılıb. Məqalədə deyilir ki, “Formula-1” dünyanın ən bahalı və ən sevilən avtomobil yarışıdır, indiyədək 31 ölkədə təşkil olunub. Belə bir tədbirə ev sahibliyi edən ölkə güclü iqtisadiyyata, yaxşı reklam və marketinq strategiyasına, həmçinin maraqlı azarkeş kütləsinə sahib olmalıdır. Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyi və “Formula-1” kimi mötəbər yarışlara ev sahibliyi etməyə hazır olduğu vurğulanır. Həmçinin bildirilir ki, Bakının geniş küçələri “Formula-1” yarışları üçün olduqca əlverişlidir.

Diqqətə çatdırılır ki, yarışların Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda imicini daha da artıracaq. “Çinin “Tiananmen”, İranın “Azadi”, Rusiyanın Qızıl Meydanı olduğu kimi, Azərbaycanın da Azadlıq meydanı var. Yarışa məhz burada start verilməsi gözlənilir.

Vurğulanır ki, idman turizmini inkişaf etdirməklə Azərbaycan özünün və xalqının nələrə qadir olduğunu dünyaya göstərmək istəyir.