YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəxsi ambisiyalarının əsirinə çevrilmiş avantürist

“İnsanların adı çəkiləndə ilk öncə həyatda tutduqları mövqe, milli kimliyinə, mənsub olduğu dövlətinə və xalqına münasibəti əsas götürülür. Tofiq Yaqublu adı səslənərkən ağlımıza ilk öncə milli dövlətçiliyə münasibəti mənfi olan xain bir obraz gəlir. Onun düşüncəsi XX əsrin 90-cı illərində qalmış küçə təfəkkürünə xasdır”.

Bu fikirləri YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev söyləyib.

O qeyd edib ki, bu gün sosial şəbəkələrdə absurd çıxışları ilə Azərbaycan dövlətinə və Yeni Azərbaycan Partiyasına qarşı “hücuma keçən” Tofiq Yaqublu şəxsi ambisiyalarının əsirinə çevrilib: “Bu şəxsin ermənipərəst xislətə malik olması və xarici donorlardan aldığı qrantlar müqabilində xəyanətkar mövqeyini açıq-aşkar, qabarıq şəkildə ortaya qoyması onda Vətənə sevgi, xalqa sayğı kimi ülvi hissələrin olmadığını göstərir. Digər tərəfdən, Tofiq Yaqublunun Zəngəzur dəhlizi ideyasını “Azərbaycan dövlətinin avantürası” adlandırması, milli məsələ olan tarixi torpaqlarımıza Qayıdışımıza kölgə salmaq istəyi ikrah hissi doğurur. Ona görə də Tofiq Yaqublu kimi satqın, xain və antimilli ünsürlərin fikirlərini heç kim ciddi qarşılamır, əksinə, xalq belələrini və onların çirkin “ideya”larını qətiyyətlə rədd edir”.