YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi ləyaqətsizliyin kulminasiya nöqtəsi

“Tofiq Yaqublunun adı çəkiləndə gözlər önünə Azərbaycan dövlətinin ünvanına ancaq şər-böhtan yağdıran, erməni lobbisinin sifarişi və tezisləri əsasında açıqlamalar verən siyasi mədəniyyətdən uzaq bir tip gəlir. Bütün siyasi karyerasını qarayaxma üzərində quran antimilli ünsür hələ də 90-cı illərin təfəkküründən uzaqlaşa bilmir. Normal siyasi mübarizədən bixəbər, işi-gücü yalan danışmaq, ona-buna şər-şəbədə qoşmaq  olan Yaqublu o qədər səbatsız biridir ki, hətta təmsil olunduğu siyasi düşərgədə belə onu normal qəbul etmirlər. Ona görə də Tofiq Yaqublu müəyyən dairələrin əlində oyuncağa çevrilib. Gah erməni lobbisinin sifarişi ilə ölkənin maraqlarının əleyhinə açıqlamalar verir, gah da təmsil olunduğu və antimilli mövqeyi ilə seçilən “milli mura”nın üzvü kimi qrant almaq üçün siyasi şou göstərməyə cəhd edir.  Həm Tofiq Yaqublu, həm də onun təmsil olunduğu düşərgə nümayəndələri özlərini o qədər gülünc vəziyyətə salıblar ki, bu antimilli ünsürlərin adları və əməlləri cəmiyyətdə haqlı olaraq ikrah hiss doğurur. Siyasi proseslərlə az-çox maraqlanan istənilən şəxs yaxşı bilir ki, əgər Tofiq Yaqublu danışırsa, deməli, ya erməni lobbisindən sifariş alıb, ya da növbəti siyasi şou düzəldərək diqqəti özünə cəlb etmək istəyir. Cəmiyyətin bəzi səbatsız üzvləri ucuz populyarlıq qazanmaq üçün istənilən formada yalanı, şər-böhtanı utanmadan asanlıqla dilə gətirə bilir. Bir sözlə, onun əsas missiyası  Azərbaycan dövlətinə, onun müxtəlif strukturlarına şər atmaq, qara yaxmaqdır! Yalan söyləməkdə, böhtan atmaqda heç bir sərhəd tanımayan bu antimilli ünsürün  yaşadığı, vətəndaşı olduğu dövlətə, onun maraqlarına qarşı çıxması, təəssüf doğursa da, acı həqiqətdir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsində Zəfər qazanan Azərbaycan ərazi bütövlüyünü bərpa edərək regionda yeni reallıqlar yaradıb: “Bu gün  ölkəmizin təşəbbüsü ilə reallaşdırılan qlobal enerji və nəqliyyat layihələri Azərbaycanın dünyada nüfuzunu artırıb. Dünyanın, o cümlədən onun parçası olan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilən Azərbaycan nüfuzunun artması təkcə erməniləri deyil, təəssüf ki, içimizdə olan erməni xislətli Tofiq Yaqublu kimiləri də narahat edir. Ölkəmizin qazandığı hər uğur ox olub Tofiq Yaqublu və onun mənsub olduğu düşərgə təmsilçilərinin gözünə batır. Vətən müharibəsi dövründə, ondan sonrakı proseslər zamanı Tofiq Yaqublunun tutduğu mövqe, verdiyi açıqlamalar ermənipərəst dairələrin mövqeyi ilə üst-üstə düşürdü. Daha sonra Ermənistanın təxribatı nəticəsində ötən il baş verən sentyabr döyüşləri zamanı düşməni müdafiə edən Tofiq Yaqublunun bu mövqeyi siyasi ləyaqətsizlikdən başqa bir şey deyildi. Axı normal düşüncə tərzinə malik olan Azərbaycan vətəndaşı torpaqlarımızı 30 il işğal atında saxlayan Ermənistanı necə müdafiə edə bilər? Siyasi ləyaqətsizliyin kulminasiya nöqtəsi olan bu antimilli mövqe ən azı torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin ruhuna hörmətsizlikdir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizin siyasi, iqtisadi, hərbi sahədə qazandığı uğurları həzm edə bilməyən belə insanlara vicdan, şərəf məhfumu yaddır. İnsan öz dövlətinə, xalqına bu qədər nifrət edərmi?!”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Tofiq Yaqublu qrant qarşılığında təkcə Vətənini yox, vicdanını, insanlığını satmağa hazır olan biridir: “Belə olmasaydı o, hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmazdı. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qazandığı ən böyük uğurlardan biri Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizidir. Bu, Azərbaycan diplomatiyasının böyük uğuru, tarixi nailiyyətlərindən biridir. Buna qarşı çıxmaq, ən yumşaq formada desək, xəyanətkarlıqdır. Azərbaycanın milli maraqlarına qarşı çıxmağın başqa adı yoxdur”.

“Belə görünür ki, onu nə xalq, nə dövlət maraqlandırır. Belə olmasaydı, Tofiq Yaqublu vətəndaşları polisə, məhkəməyə qarşı itaətsizlik göstərməyə, qanunlara hörmət etməməyə çağırmazdı. Nə edəsən, şeytani xisləti gizlətmək olmur. 90-cı illərdə adət etdiyi xaos, qeyri-sabitlik, küçə mitinqləri Yaqublunun başından hələ də çıxmayıb. Onların ən böyük istəyi ölkəmizi Suriyanın, İraqın düşdüyü vəziyyətə salmaqdır. Amma Tofiq Yaqublu əmin olsun ki, bu çirkin niyyətləri heç vaxt həyata keçməyəcək. Nə dövr həmin dövrdür, nə də Azərbaycan həmin illərdəki Azərbaycandır. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, siyasi və iqtisadi baxımdan tam müstəqil olan, dünyada nüfuz qazanmış, sabit, inkişaf edən hüquqi və demokratik dövlətdir. Azərbaycanı bu sivil demokratiya yolundan döndərmək niyyəti Yaqublu kimi avantüristlərin gözündə qalacaq. Çünki Azərbaycan xalqı onu və onun kimi düşünənləri çoxdan tarixin zibilliyinə atıb” ,- deyə Vüqar Rəhimzadə vurğulayıb.