YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın tanınmış saytında Avropa Oyunları ilə bağlı maraqlı fotosessiya yerləşdirilib

Avropanın 7 nüfuzlu ölkəsinin peşəkar fotoqraflarını özündə birləşdirən epa.eu saytı Azərbaycanda keçirilən Bakı 2015 Birinci Avropa Oyunlarının taekvando yarışlarından gözoxşayan görüntülər yerləşdirib.

Trend-in məlumatına görə, fotosessiyada bu idman növündə yarışan qadın və kişi taekvandoçuların oyun zamanı qeydə alınan maraqlı anları yer alır.

Fotoqraf Maksim Şipenkov Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin idmançılarının yarış anlarını fotoaparatın yaddaşına həkk edib.

Qeyd edək ki, Avropanın epa.eu saytı Hollandiya,Portuqaliya, İtaliya, Fransa, Belçika ,Almaniya və İspaniyanın fotomüxbirlərinin birliyindən yaranıb.