YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin iclası keçirilib

Bakıdakı Respublika Velotrekində Avropa Velosipedçilər Birliyinin (AVB) Rəhbər Komitəsinin iclası keçirilib.

İclasda aşağıdakı məsələlər müzakirə edilib: Direktorlar Şurasının son iclasının protokolunun təsdiq edilməsi; AVB-nin 2015-ci il üçün Həmrəylik Proqramı; maliyyə və büdcə məsələləri; 2014-cü ilin yekunlarına əsasən AVB auditorlarının tövsiyələri; Avropa Çempionatına hazırlıq; peşəkar velosiped idmanında və velotrek yürüşlərində islahatlar və s.

Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen iclasın açılışındakı çıxışında qeyd edib ki, Avropanın bütün idman aləmi üçün əlamətdar bir vaxtda Komitənin iclasının Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir.

D.Lappartyen Azərbaycan rəhbərliyi və ölkəmizin Velosiped İdmanı Federasiyası tərəfindən idmanın bu növünün inkişafına göstərilən daimi qayğıya görə təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanın idman arenaları və velosiped idmanı bazaları Avropada ən yaxşılar sırasındadır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanın idman arenaları həqiqətən əla səviyyədədir və bu, istər idmanın inkişafı baxımından, istərsə də ölkəmizin potensialını Avropaya və bütün dünyaya nümayiş etdirmək üçün çox vacibdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmanın, o cümlədən velosiped idmanının inkişafına qayğısı sayəsində mümkün olub.

Pirs O’Kalaxan velosiped idmanı üzrə yarışların hazırlanmasında və keçirilməsində Azərbaycan Velosiped İdmanı Federasiyasının rolunu xüsusi vurğulayıb.

Onun sözlərinə görə, milli nümayəndə heyətlərinin iştirakçıları Avropa Oyunlarının ən yüksək səviyyədə keçdiyini qeyd edirlər.