YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RF-nin rabitə naziri: Bakıda birinci Avropa Oyunlarının açılışı dünya idmanında yeni mərhələdir

RF-nin rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov deyib: “Bakıda birinci Avropa Oyunlarının açılışı dünya idmanında yeni mərhələdir. Arzu edirəm ki, bu cür tədbirlər ölkənizdə tez-tez keçirilsin, çünki belə tədbirlər həqiqətən əlamətdar hadisədir, cəmiyyət, dünya birliyi tərəfindən müsbət qəbul olunur. Rusiya ilə Azərbaycan rabitə sahəsində əsasını qoyduqları regional birlik məkanında fəal əməkdaşlıq edirlər. Rabitənin coğrafi məhdudiyyəti yoxdur. Buna görə də biz mehriban qonşuluq rejimində transsərhəd qərarlar qəbul etməyə, yerüstü, kosmik məsələləri, tezliklərdən istifadə məsələlərini razılaşdırmalı oluruq. Biz qarşılıqlı anlaşma ruhunda işləyirik. Dekabr ayında Bakıda “Bakutel” sərgisi keçiriləcək. Ümidvaram ki, Rusiya şirkətlərinin təmsil olunacağı həmin sərgiyə mən də qatılacağam”.

DİGƏR Xəbərlər Arxiv