YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Qusman: Bakıdakı Oyunların açılışına xüsusi maraq və həyəcanla tamaşa etdim

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman: “Mən beş Olimpiya Oyunlarının açılışında olmuşam. Buna görə də Bakıdakı Oyunların açılışına xüsusi maraq və həyəcanla tamaşa etdim. Mən idman bayramının siması olan açılış mərasiminin fərəhləndirici olması, ölkəmiz Azərbaycanın cəlbedici və parlaq obrazının canlanması üçün Təşkilat Komitəsinin bu Oyunlara necə hazırlaşdığını, bunun üçün nə qədər güc, enerji və yaradıcılıq sərf etdiyini bilirəm. Mənə belə gəlir ki, bütün bunlar lazımi səviyyədə yerinə yetirildi. Bu mərasimi hazırlayan hər kəs, ilk növbədə Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fəxr edə bilərlər. Tamaşaçıların aldığı müsbət enerji heç vaxt unudulmayacaq”.