YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

A.Kozlovski: Bakı artıq dünya idmanı tarixinə daxil olub

Bakıda ilk dəfə 1976-cı ildə olmuşam. Yadımdadır, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsindən gedirdim. Bu da mənim son ezamiyyətim idi. Biz Azərbaycanda tələbələrin beynəlmiləl tərbiyəsi sahəsində vəziyyəti öyrənirdik. Bakı rahat, koloritli, amma düzünü desəm, yetərincə əyaləti xatırladan dənizkənarı şəhərcik idi. O vaxtdan şəhərin dəyişdiyini desəm, onda heç nə deməmiş olaram. Bakı-2015 ilə Bakı-2010 isə müqayisəyə gəlmir. Əslinə baxılsa, indi Bakı hətta sonuncu dəfə üç ay əvvəl gördüyümdən də xeyli fərqlənir”. Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski Rusiyanın “chempionat.com” portalına müsahibəsində söyləyib.

Bakıda birinci Avropa Oyunlarının uğurla keçdiyini bildirən A.Kozlovski deyib: “Yarışlar cədvəlində yer alan idman növlərinin federasiyaları ilə çox maraqlı müşavirəmiz oldu. Müşavirə iştirakçılarının hamısının bir leytmotivi olub: şəksiz ki, Avropa Oyunları uzun müddətli ciddi tədbirdir”. A.Kozlovski bildirib ki, AOK-un televiziya yayımları üzrə direktorunun informasiyasına görə, işıqlandırma baxımından Avropa Oyunları Olimpiya Oyunlarından sonra ikinci yerdədir. Bu prosesə 145 ölkə qoşulub. O deyib: ”Təkcə birinci həftədə 50 iştirakçı ölkədən 37 ölkə medal qazandı. Bu da rəqabət olduğunu göstərir. Xoşbəxtəm ki, həmvətənlərimiz bu məsələyə çox ciddi yanaşıblar, güclü olduğunu qazandığı nəticələrlə sübuta yetirən qüvvətli heyət göndəriblər”.

Olimpiya Oyunlarının Bakıda keçirilməsi perspektivlərindən danışan A.Kozlovski vurğulayıb ki, Paris, Boston və digər şəhərlər artıq öz sifarişlərini hazırlayırlar. Avropa Oyunlarının keçirilməsi Bakı üçün yaxşı başlanğıc nöqtəsidir. O deyib: “İstənilən halda Avropa Oyunlarının mirası – bazalar, stadionlar, təlim görmüş heyəti olan mehmanxanalar, nəqliyyat sistemi, könüllülər hazırda ölkəyə qalır. Cəsarətlə demək olar: Bakı artıq dünya idmanı tarixinə daxil olub”.