YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ səfiri casusluq qalmaqalına görə Fransa XİN-ə çağrılıb

ABŞ-ın Fransadakı səfiri casusluq qalmaqalı ilə bağlı izahat vermək üçün respublikanın Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə qərar Fransa Prezidenti Fransua Ollandın rəhbərliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Bu məsələ ilə bağlı rəsmi məlumat verilməyib. Hökumətin yaxın saatlarda məlumatı təsdiq edəcəyi gözlənilir.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə yayılmış bəyanatda deyilir ki, Fransa ölkə Prezidentinə qarşı xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətini qəbuledilməz hesab edir.