YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə Şərq Tərəfdaşlığı ölkələrinin nazirliklər səviyyəsində qeyri-rəsmi dialoqlarının beşinci raundu keçiriləcək

İyunun 29-da Minskdə “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin nazirliklər səviyyəsində qeyri-rəsmi dialoqlarının beşinci raundu keçiriləcək.

“Belarusun sədrliyi ilə iyunun 29-da Minskdə “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin nazirliklər səviyyəsində qeyri-formal dialoqlarının beşinci raundu keçiriləcək. Bu raundda “Şərq Tərəfdaşlığı” ölkələrinin həm ətraf mühitin mühafizəsi nazirlərinin, həm də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub”.

Ətraf mühitin mühafizəsi nazirlərinin görüşündə tərəfdaş ölkələrin təbiəti mühafizə idarələrinin rəhbərləri ilə yanaşı, Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan, ətraf mühit, dəniz siyasəti və balıqçılıq məsələləri üzrə komissarı Karmen Vella və Latviyanın Ətraf Mühit və Regional İnkişaf Nazirliyinin dövlət katibi Quntis Pukitis iştirak edəcəklər.