YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tayırbek Sarpaşev: İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın sabit inkişafını göstərən mühüm amildir

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Bakıda keçirilən birinci Avropa Oyunlarının açılışında iştirak edən Baş nazirinin birinci müavini Tayırbek Sarpaşevlə görüşüb.

Görüşdə T.Sarpaşev ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi haqqında ürəkdolusu danışıb, bu idman bayramının gedişi haqqında söhbət açıb. O, Oyunlara hazırlıq işlərini yüksək qiymətləndirib və dəvət üçün Qırğızıstan Hökuməti adından minnətdarlığını bildirib.

Baş nazirin birinci müavini deyib ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın sabit iqtisadi inkişafını göstərən mühüm amildir.

Səfir bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər və nüfuzlu idman yarışlarının keçirildiyi ölkəyə çevrilməsi bilavasitə Prezident İlham Əliyevin xidmətidir. H.Orucov xüsusi vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə qısa müddət ərzində hazırlıq işləri sürətlə və yüksək keyfiyyətlə həyata keçirilib. Bu idman bayramı gələcəkdə keçiriləcək belə tədbirlər üçün əsl nümunəyə çevrilib.

Diplomat qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi Azərbaycanın və Qırğızıstanın dövlət başçıları İlham Əliyevin və Almazbek Atambayevin diqqət mərkəzindədir. Əməkdaşlığımız müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf edir. Əlaqələrimizin daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

H.Orucov Avropa Oyunlarının Qırğızıstanın kütləvi informasiya vasitələri, xüsusən də dövlət kanalı “KTRK” və İctimai Teleradio Korporasiyası, o cümlədən “NTS” və “Piramida” özəl televiziya kanalları tərəfindən geniş işıqlandırılmasına görə minnətdarlığını bildirib.