YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan dünyaya sübut etdi ki, biz güclü dövlətik

«Azərbaycan ilk Avropa Oyunlarının açılışını  necə yüksək səviyyədə təşkil etmişdisə, o cür də, bağlanış mərasimini keçirdi». Bu fikri Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü  Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, mərasimdə yeni kompazisiyalar göstərilib: “Sonda da Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yüksək səviyyəli çıxışı, həmçinin, Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin çıxışı yadda qalan oldu. Mən özüm də, şərəf duydum ki, mənsub olduğum Azərbaycan xalqı və ölkə başçımız İlham Əliyev belə bir tədbiri çox yüksək səviyyədə keçirdi. Bundan başqa Azərbaycan idmançıları bu oyunlarda öz sözlərini deyə bildilər”.

Millət vəkilinin sözlərinə görə, biz sübut etdik ki, bəli, Avropa elə məhz Azərbaycandan başlanır: “Avropa artıq Azərbaycan standartlarını həyata keçirməlidir. Azərbaycan standartlarına uyğun olaraq növbəti Oyunları keçirməlidirlər. Görək, keçirə biləcəklər ya yox?! Mən inanmıram hansısa Avropa ölkəsi gələcəkdə Azərbaycanın bu standartlarına cavab verə biləcək yüksək səviyyəli Avropa Oyunları keçirə bilsin”.

E.İbrahimov qeyd edib ki, Oyunlar ərəfəsində Azərbaycana qarşı  qarayaxma kampaniyası təşkil edən qüvvələrə cavab olaraq bu bağlanış mərasimi xüsusi yadda qalan oldu: «Onlar özləri də başa düşdülər ki, boş-boş danışdılar, lakin Azərbaycan öz işini gördü. Azərbaycan dünyaya sübut etdi ki, biz güclü dövlətik və idman yüksək səviyyədədir. İdmanla da biz güclü siyasətimizi dünyaya göstərə bildik. Onlar danışıb neynədilər?! Kim nə danışır, danışsın, bu qarayaxma ilk dəfə deyil. Azərbaycanda hansısa böyük tədbirlər keçiriləndə onlar “fəaliyyətə” başlayırlar. Artıq ölkəmizə gələn turistlər haqqımızda xoş fikirlər səsləndirirlər. Başqa ölkələrdə 5-7 ilə keçirilə biləcək Avropa Oyunları bizdə 2 il yarıma yüksək səviyyədə hazır oldu. Hamı biləcək ki, Azərbaycanda bu oyunlar necə yüksək səviyyədə keçirildi».