YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Olimpiya İdman Konfederasiyası: I Avropa Oyunlarının fonunda çox yaxşı təçkilatçılıq və maraqlı oyunların şahidi olduq

“Biz İlk Avropa Oyunlarının fonunda çox yaxşı təçkilatçılıq və maraqlı oyunların şahidi olduq.” Trend-in məlumatına görə, bunu Almaniya Olimpiya İdman Konfederasiyasının baş direktoru Maykl Vesper “sport1” telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu Oyunlar hələ uzun müddət müzakirə olunacaq: "Oyunlar kifayət qədər ədalətli idarə olundu. Alman idmançılar da xüsusi fəallıq nümayiş etdirdilər. Təbii ki, indi hədəf Rio Olimpiadasıdır. Bakı 2015-də qazanılan təcrübə Olimpiya oyunlarında iştirak edən atletlər üçün mühüm əhəmiyyət kəsb edir”.