YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litvalı basketbolçu: Bakının gözəlliyinə və əhalinin qonaqpərvərliyinə heyran oldum

Birinci Avropa Oyunları olduqca yüksək səviyyədə təşkil edilmişdi. İstər idman arenalarında, istərsə də Atletlər Kəndində biz idmançılar üçün hər cür şərait yaradılmışdı.

Bu sözləri qadınlar arasında 3x3 basketbol yarışlarında iştirak etmiş Litva milli komandasının üzvü Korneliya Balkinayte deyib.

Azərbaycanın basketbol millisinin güclü komanda olduğunu qeyd edən idmançı bildirib: “Bakının gözəlliyinə, ölkənizin sürətli inkişafına, insanların mehribanlığına və qonaqpərvərliyinə heyran oldum. Azərbaycana, gözəl Bakıya Oyunlardan sonra yenidən gəlməyi planlaşdırıram. Birinci Avropa Oyunları uğurla təşkil olunmuşdu. Bakı bu mühüm beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi etdi”.

Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradıldığını xüsusi vurğulayan idmançı deyib: “Atletlər Kəndi mənim daha çox xoşuma gəldi. Burada atletlər üçün zəruri olan idman, oyun zalları, əyləncə və istirahət mərkəzi, hovuz və s. fəaliyyət göstərirdi. Yeməkxanada Avropanın və Azərbaycanın mətbəxinin ləziz nümunələri təklif edilirdi. Bir sözlə demək istəyirəm ki, “Bakı-2015” birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycanda gördüklərimə heyran qaldım”.