YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ölkədə qadınların ictimai-siyasi fəallığı əhəmiyyətli dərəcədə artır

«Azərbaycanda qadın siyasətinin gücləndirilməsi həmişə dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Cəmiyyətin həyatında, təkcə qadın sferası sayılan sahələrdə deyil, həm dövlət qurumları, hüquq mühafizə orqanları, sənaye, ən məsuliyyətli və çətin sahələrdə belə Azərbaycan qadınları təmsil olunublar». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

H.Hüseynova bildirib ki, ilk baxışdan hətta qadınlara aid olmayan, ənənəvi olaraq kişilərin işlədiyi neft sənayesi, nano-texnologiyalar, müdafiə və hərbi sahələrdə belə böyük uğur qazanan xanımlarımız var. Onun sözlərinə görə, gender siyasətinin fəlsəfəsi də məhz bərabər imkanların yaradılmasıdır. 

«Dünya ölkələrində gender tarazlığının təmin olunması bilavasitə güclü dövlət dəstəyi olmadan mümkün deyil. Elə buna görə də Prezident İlham Əliyev müstəqil Azərbaycanda qadın hüquqlarının inkişafı üzrə siyasətin formalaşdırılmasına böyük diqqət yetirir və bu sahələrdə mövcud olan problemlərin həlli vacib məsələlərdəndir. Cənab Prezidentin Sərəncamı ilə 2006-cı ildə komitəmizin yaradılması faktı ölkədə qadın məsələlərinin həllinə verilən yüksək diqqətin əyani təzahürüdür. Bu gün müasir Azərbaycanda siyasətçi qadınlar da cəmiyyətdə rolu çox fəaldır. Ölkədə qadınların ictimai-siyasi fəallığı da əhəmiyyətli dərəcədə artır. Respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır»- deyə, komitə sədri vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv