YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Haqq-ədalət hər zaman Azərbaycanın tərəfində olub

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı olan və ölkəmizi dəstəkləyən dövlətlər var. Bununla belə, qərəzli mövqedə dayanan deputatlar da mövcuddur. Burada bizə qarşı AŞPA rəhbərinin mövqeyi də birmənalı deyil”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, AŞPA-nın yay sessiyasında səsləndirilən fikirlər erməniləri dəstəkləməkdən başqa bir şey deyildi. Onun sözlərinə görə, erməniləri dəstəkləyən qüvvələrin, erməni lobbisinin bütün səyləri nəticəsində onlar prosedur qaydalarından kənar hərəkət edə bildilər. Bunların da hər biri ondan ibarətdir ki, orada Azərbaycanın bir çox uğurları var.

«Ölkəmizin xarici siyasəti nəticəsində AŞPA-nın Azərbaycanla bağlı bir sıra ədalətli qərarları var. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə. Bütün bunların müqabilində ermənilər yanaşmalarını başqa cür qurdular. Onlar qaydalardan, beynəlxalq hüquqdan kənar Azərbaycanla bağlı bəndi dəyişib özlərinin xeyrinə yumşaltmaq istiqamətində iş apara bildilər. Amma buna baxmayaraq haqq-ədalət hər zaman Azərbaycanın tərəfində olub»- deyə, R.Rzayev qeyd edib.