YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşid Meredov: Əsas diqqət enerji sahəsində əməkdaşlıq məsələlərinə ayrılıb

Azərbaycan, Türkmənistan və Türkiyə arasında əməkdaşlıq Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransında bildirib.

Rəşid Meredovun sözlərinə görə, danışıqlar yüksək səviyyədə keçib və tərəflər ikitərəfli və üçtərəfli əlaqələrin aktual məsələlərini müzakirə ediblər.

Meredov qeyd edib ki, əsas diqqət enerji sahəsində əməkdaşlıq məsələlərinə ayrılıb.

Onun sözlərinə görə, danışıqların daha bir mövzusu regional təhlükəsizlik məsələləri olub.