YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Katrina Lantos Svet, qurumun üzvləri Katerina Kosman və Daniel Mark Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

BBMM–dən bildiriblər ki, mərkəzin analitika şöbəsinin müdiri Nəriman Qasımzadə qonaqlara Azərbaycanın multikulturalizm ənənələrinin tarixi-siyasi qaynaqlarından danışıb. Nümayəndə heyətinin üzvləri multikulturalizm dəyərlərinin həm daxildə, həm də xaricdə təbliği ilə bağlı mərkəzin gördüyü işlərlə tanış olublar.

Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Ceyhun Məmmədov, Pənah Cahangirov iştirak ediblər. Etibar Nəcəfov Azərbaycanda dini tolerantlığın dünəni və bu günü haqqında faktiki materiallar əsasında geniş məlumat verib.

Sonda qonaqlarla etiqad azadlığı, multikulturalizm siyasətinin bu məsələlərə töhfəsi ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.