YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda “Bulud” texnologiyalarının tətbiqi genişlənir

"Microsoft-Azərbaycan" şirkəti ölkəmizdə bulud texnologiyalarının uğurlu istifadə edilməsini “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində yaratdığı informasiya texnologiyaları platforması ilə nümayiş etdirib.

"Microsoft-Azərbaycan" şirkətinin rəhbəri Rüfət Hacıəlibəyovun sözlərinə görə, birinci Avropa Oyunları zamanı "Microsoft"un yaratdığı bulud platforması "BigData" texnologiyalarının təhlükəsiz şəkildə tətbiqinin mümkünlüyünün göstəricisi olub.

O vurğulayıb ki, "Bulud” texnologiyalarına müraciət edərək az vəsait xərcləri ilə vahid informasiya texnologiyaları üzrə platforma yaratmaqla dövlət qurumları arasında effektiv elektron sənəd dövriyyəsi sistemi qurmaq mümkündür.

“Hazırda bır sıra nazirliklər və qurumlarla danışıqlar aparılır. "Microsoft"un təqdim etdiyi "hibrid" həllər dövlət qurumlarına və özəl şirkətlərə aid olan məlumatları məxfi və açıq zonalara bölərək onların bir hissəsini buludda, məxfi hissəsini isə qurumların serverlərində yerləşdirməyə imkan verir. Bununla şirkət həm böyük həcmdə server avadanlığının alınmasına və saxlanılmasına xərclənilən vəsaitə qənaət edə, həm də məlumatlarının məxfiliyini təmin edə bilər", - deyə R.Hacıəlibəyov bildirib.

 

DİGƏR Xəbərlər Arxiv