YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Ştoss: Azərbaycan paytaxtı nəzərimdə böyük idman mərkəzləri, tarixi memarlıq abidələri və müasir binalarla yadda qaldı

Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Ştoss „Bakı-2015“ ilk Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüb.

Bakını müasirliklə qədim ənənələrin harmoniyasından ibarət gözəl metropol kimi xarakterizə edən K.Ştoss qısa müddətdə Avropa Oyunları üçün yaradılmış infrastrukturun heyranedici olduğunu bildirib.

O, həmçinin deyib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək avstriyalı idmançılar üçün möhtəşəm idi, yarışlar çox yüksək səviyyədə təşkil olunmuşdu. K.Ştoss Azərbaycan paytaxtının onun nəzərində böyük idman mərkəzləri, tarixi memarlıq abidələri və müasir binalarla yadda qaldığını qeyd edərək deyib: „Təşəkkürlər, Bakı!“