YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail nümayəndə heyəti Azərbaycana səfər edəcək

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) baş direktoru Lev Spivakın başçılıq etdiyi İsrail nümayəndə heyəti gələn həftə Azərbaycana gələcək.

Assosiasiyadan bildiriblər ki, nümayəndə heyətində Afula, Akko şəhərləri bələdiyyələrinin nümayəndələri, Absorbsiya Nazirliyinin Akkodakı Qafqaz icması ilə iş üzrə layihəsinin rəhbəri Rauf Ağalarov, Tirat-Karmel şəhərinin meri Arye Tal, şəhər şurasının deputatı Aviran Mişiyev və “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov, habelə İsrailin mədəniyyət xadimləri və jurnalistlər təmsil olunublar.

İsrail nümayəndə heyəti təkcə Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olmayacaq. Qonaqlar Mingəçevir, Gəncə, Şəki şəhərlərinə də gedəcəklər. Nümayəndə heyəti iki ölkənin münasibətləri tarixində ilk dəfə İsrailin Afula və Azərbaycanın Mingəçevir şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında Müqavilənin imzalanması mərasimində iştirak edəcək.

Səfərin sonuncu günü İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyası bağışlanması münasibətilə tədbir nəzərdə tutulub.