YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.

Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm.”
 

 

DİGƏR Xəbərlər Arxiv