YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa anomal istilərin əsarətinə düşüb

Qərbi və cənub-qərbi Avropa Saxara istilərindən əziyyət çəkir.

Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatır. İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür. Buna Saxara səhrasından əsən küləklərin səbəb olduğu bildirilir.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.