YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Azərbaycanda səhiyyə sahəsi uğurla inkişaf edir

«Azərbaycanda səhiyyə sahəsi uğurla inkişaf edir. Dövlətimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır». Bu fikirləri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, ölkəmizdə sahənin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu öndərimizin bu sahədə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

«Son illər regionlarımızda yüzlərlə tibb ocaqları tikilib istifadəyə verilib ki, onlar da əhalinin sağlamlığına xidmət edir. Bu tibb müəssisələrinin bir çoxunun təməlqoyma və açılış mərasimlərində dövlət başçısı şəxsən iştirak edib. Məsələn, mənim çalışdığım Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının təməlini qoyan Prezidentimiz onun açılış mərasimində də iştirak edib. Yəni dövlətimizin başçısı bu sahənin inkişafına xüsusi diqqət yetirir. Mən MDB-də elə ölkə tanımıram ki, Azərbaycan qədər səhiyyə ilə bağlı 11 dövlət proqramı həyata keçirsin. Ölkəmizdə yod çatışmazlığı, şəkərli diabet xəstələrinə dövlət qayğısı, xroniki böyrək çatışmazlığı, onkoloji xəstəliklər, vərəm və s. xəstəliklərlə bağlı dövlət proqramları qəbul edilərək icra olunur. Bütün proqramlara əsasən xəstələr dövlət vəsaiti hesabına müalicə olunur, onların dərmanları dövlət tərəfindən verilir. Məsələn, Yəni dövlətimiz bu sahəyə xüsusi fikir verir. Bütün bunların hamısı dövlətin öz vətəndaşına qayğısıdır»- deyə. R.Məmmədhəsənov vurğulayıb.