YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan tərəfi beynəlxalq birlik tərəfindən sülhə məcbur edilməlidir

«Ermənistan tərəfi beynəlxalq birlik tərəfindən sülhə məcbur edilməlidir. Südh o zaman yarana bilər ki, erməni silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, burada tərəflərin mövqeyi, addımları da çox önəmlidir. Onun sözlərinə görə, Ermənistan tərəfi öz mövqeyini tamamilə fərqli istiqamətə yönəldir və prosesin həllində heç bir səylər göstərmir.

«Məhz buna görə də münaqişə hələ də davam edir. Baxmayaraq ki, Azərbaycan tərəfindən bir sıra addımlar atılır, ATƏT həmsədrlərinin fəaliyyəti qiymətləndirilir. AŞPA-da  Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitə yaransa da Ermənistan tərəfi bu komitənin işində iştirak etmir. Bu faktlar onu göstərir ki, Sarkisyan rejimi münaqişənin həllinə maraqlı deyil»- deyə, S.Fətəliyeva vurğulayıb.