YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı siyasətçilər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı Bako Saakyanın bu ölkəyə səfərinə etiraz edirlər

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Londonda yerləşən “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirə dəvət olunması heç bir məntiqə sığmır.

Lord Kilkluni Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın bir milyona yaxın məcburi köçkün düşmüş azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi. Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yurd-yuvalarından didərgin salanlar. “DQR” rejiminin “başçısı” B.Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. “Chatham House”un qondarma rejimin “başçısı”nı tədbirə dəvət etməsi bu institutun statusuna xələl gətirir və ona layiq olmadığı legitimlik səviyyəsini qazandırır.

“BMT Təhlükəsizlik Şurasının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və artıq onlara əməl olunmasının vaxtı çatıb”, – deyə Lord Kilkluni vurğulayıb.

Böyük Britaniya parlamentinin üzvü Stefan Hepbörn də Lord Kilkluninin fikirlərini bölüşüb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın “Chatham House” İnstitutuna dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur.

Stefan Hepbörn deyib: “B.Saakyan Böyük Britaniyada istənilmir və mən “Chatham House” dan xahiş edirəm ki, onu tədbirə dəvət etmək barədə yenidən düşünsün”.