YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Biz Avropa təşkilatlarından yalnız bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsini istəyirik

«Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüf ki, həmin komitə tərəfindən qeyri-ciddi yanaşmaya görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib. Dəfələrlə bəyan etmişik ki, biz həmin əməkdaşlıq komitəsinin daha canlı, daha məqsədyönlü olmasını və qanunlarla bağlı olan məsələləri müzakirə etmək istəyirik». Bu fikirləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Fuad Muradov  deyib.

F.Muradov bildirib ki, Avropa Parlamentində bəzi dairələr var ki, onlar daima bu gərginliyi saxlamaq istəyirlər. Onun sözlərinə görə, təşkilatdakı  müəyyən qruplar Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər səsləndirirlər.  

«Birincisi Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi işlər həyata keçirir. Əminəm ki, o dairələr buna da qarşıdırlar. İkincisi, Azərbaycan stabil ölkədir. Oradakı qüvvələr regionda stabilliyi istəmirlər. Üçüncüsü, bu gün erməni lobbisi çox fəaldır. Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatlıqla qarşılayır və hiss edir ki, yaxın zamanda işğal altındakı torpaqlarımızı qaytaracağıq. Erməni lobbisi bununla bağlı qeyri-siyasi dairələrlə birləşərək Azərbaycana qarşı belə mövqe sərgiləyir”. Biz Avropa təşkilatlarından yalnız bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsini istəyirik. Bu baş verəcəksə, fəaliyyətimizi davam etdirəcəyik. Bu seçim onların üzərinədir. Biz onlarla əməkdaşlığa hazırıq və imkanlarımız da var. Biz iş istəyirik, onlar tərəfindən bəyanatların səslənməsini yox»- deyə, F.Muradov qeyd edib.