YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmək əvəzinə inkarolunmaz faktların inkar edilməsi xəttini nümayiş etdirir

“Təəssüf ki, Ermənistan çoxdan çıxarmalı olduğu nəticələr və danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmək əvəzinə yalnız beynəlxalq ictimaiyyəti aldatmaq və özünün işğal siyasətini ört-basdır etmək üçün inkarolunmaz faktların inkar edilməsi xəttinə adətkarcasına sadiqlik nümayiş etdirir. Bu iddialar həqiqətdən artıq ola bilməz. Bu əsassız möhtəkirliyi təkzib etmək üçün qərarı, xüsusilə istinad etdiyim paraqrafları diqqətlə oxumaq kifayətdir”. Bu fikirlər Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi haqqında qərarı ilə bağlı AZƏRTAC-a müsahibəsində yer almışdır. 

XİN başçısının sözlərinə görə, məhkəmə öz presedentlərinə istinad edərək bu nəticəyə gəlib ki, beynəlxalq hüquq çərçivəsində anlayışa uyğun olaraq işğal bir dövlətin digər dövlətin ərazisi və ya ərazisinin bir hissəsi üzərində faktiki hakimiyyəti həyata keçirməsi halıdır. Məhkəmənin qənaətinə görə, faktiki hakimiyyətin tələbləri geniş mənada effektiv nəzarətə sinonim kimi nəzərdən keçirilir. Yekun olaraq, təqdim olunan sübutları nəzərdən keçirən Məhkəmə nəticəyə gəlib ki, bu ərazilərin hərbi işğalı sayəsində Ermənistan Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər üzərində effektiv nəzarəti həyata keçirib və həyata keçirməkdə davam edir (paraqraf 96 və 168).

“Ermənistanın rəsmi şəxslərinin dediklərinin əksinə olaraq, Məhkəmə bu vacib nəticəyə gəlib ki, Dağlıq Qarabağ, Laçın rayonu və digər ətraf ərazilər Azərbaycanın tərkib hissələridir və indi hərbi işğal altındadır (146 və 173-cü paraqraflar) və işğal beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq qeyd olunan vəziyyətə tətbiq edilir (96-97 paraqraflar) və Ermənistan Azərbaycanın zəbt olunmuş ərazilərinin işğalçısıdır və beynəlxalq hüquqda nəzərdə tutulan terminlər əsasında bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir. Məhkəmə sadəcə olaraq çoxdan geniş mənada bəlli olan və beynəlxalq ictimai səviyyədə bilinən məsələni təsdiq edib” – deyə, E.Məmmədyarov qeyd etmişdir.

Nazir daha sonra qeyd etmişdir: “Qərardan göründüyü kimi, məhkəmənin icraatı dövründə Ermənistanın Laçına müdaxiləsi, onun dağıdılması və yandırılmasına və “özünü müdafiə” adı ilə azərbaycanlı əhalinin zorla çıxarılmasına və “Dağlıq Qarabağa ərzaq, tibbi ləvazimat və digər təminatları çatdırmaq ehtiyacı” adı ilə bəraət qazandırmağa çalışıb. Erməni tərəfi iddia edir ki, Məhkəmə bu barədə qeyd götürüb. Mən onlardan sitat gətirmək istərdim: “Azərbaycanın təcavüzü” vəziyyətində Laçının “azad edilməsi” Dağlıq Qarabağ əhalisinin yaşaması üçün həyati əhəmiyyətə malik idi”.