YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ prezidentinin şəxsi dostu Mişel Praz azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən sənədli film çəkmək məqsədilə ölkəmizə səfərə gəlib

ABŞ prezidentinin şəxsi dostu olan dünya şöhrətli reper Mişel Praz azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən sənədli film çəkmək məqsədilə ölkəmizə səfərə gəlib.

O, bunu ANS-ə müsahibəsində söyləyib. Bildirib ki, ölkəmizdə qaçqınlar düşərgəsinə getdikdə, oradakı düşərgənin Haiti və ya Dominik Respublikasındakı qaçqın düşərgələrindən fərqli olmadığını gördüm. Lakin bir məsələ var ki, burada hökumət dünyanın digər yerlərindən fərqli olaraq qaçqınlar üçün daha böyük işlər görüb. Mişel Praz ən çox bundan təsirləndiyini deyib. Hökumətin burada qaçqınlar üçün etdiyi işlərin əvəzsiz olduğunu vurğulayıb.

O bildirib ki, filmi çəkməkdə məqsədi dünyaya daha əvvəl eşidilməmiş bir əhvalatı çatdırmaqdır: "Bunu Qərbə göstərmək əsas məqsədimdir. İnsanların daha əvvəl haqqında bilmədiyi faktları dünyaya çatdırmaq istəyirəm. Mən özüm gördüyüm kimi".

Qeyd edək ki, Mişel Praza ANS-in Qızıl fondunda olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qaçqın düşmüş insanların taleyi ilə bağlı kadrlardan ibarət disk təqdim olunub.