YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Dünyada erməni diasporu getdikcə zəifləyir və bu prosesdə Azərbaycanın apardığı siyasətin müstəsna rolu var

"Avropa Oyunlarının tarixdə ilk dəfə olaraq, Azərbaycanda keçirilməsi bütün prizmalardan möhtəşəm tarixi hadisədir. Bununla yanaşı, Avropa Oyunları ətrafında baş verənlərə öyrəniləsi hadisə kimi yanaşmaq da da lazımdır». Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Qərbdəki müəyyən dairələr Oyunlar ərəfəsində ölkəmizə qarşı əks-kampaniyaya başladılar. Onun sözlərinə görə, bu kampaniyalar Azərbaycanın imicinə zərbə vura bilmədi.

«Dünyada erməni diasporu getdikcə zəifləyir. Bu zəifləmədə Azərbaycanın apardığı siyasətin müstəsna rolu var. Buna baxmayaraq, Avropa erməni lobbisinə ölməyə imkan vermir və verməyəcək. Belə ki, Avropanın əlində Türkiyəyə və bundan da sonra Azərbaycana qarşı qoymağa başqa alət yoxdur. Dünya erməniliyi artıq Azərbaycan prizmasından güc faktoru deyil. Dünya erməniliyi, o cümlədən Ermənistan Azərbaycanın regional liderliyinin qarşısını almaq üçün antiazərbaycan qüvvələrin əlində yeganə alətdir»- deyə, politoloq qeyd edib.